“Konstitusiya” Araşdırmalar Fondunun ekspertləri ilə Avrasiya Əməkdaşlıq Fondu arasında bağlanmış “Vətəndaşların müraciət hüququnun reallaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi” adlı xidmət çərçivəsində  İctimai TV-də “Vətəndaşların müraciətlərinə baxılması” mövzusunda veriliş hazırlanıb.
 
 Verilişdə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd  Nuriyev,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin   Vətəndaşların qəbulu sektorunun müdiri Firudin Əliyev, Təhsil Nazirliyinin vətəndaşlara baxılması sektorunun əməkdaşı Elvin Məmmədov  iştirak edib
 
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun müddəları şərh olunub.  Eyni zamanda vətəndaş müraciətləri ilə bağlı mövcud  praktika barədə söhbət açılıb.
 
Əhalinin Sosial Müdafiəsi və Təhsil Nazirliyinin nümayəndələri vətəndaş müraciətlərinə baxılması ilə əlaqədar görülən işlər barədə məlumat veriblər.
 
Ə.Nuriyev vətəndaş mürcaiətlərinə baxılması ilə bağlı aparılan araşdırmanın nəticələri və hazırlanmış  təkliflər barədə məlumat verib.
 
RePost.Az

 


Baxış sayı: 2440 | Tarix: 24.10.2017
Bizi Telegramda izləyin: @repostaz