Abşeron rayonu Xırdalan şəhərində polis əməkdaşları ilə silahlı şəxslər arasında insident baş verib.
 
APA-nın məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsində, dəmir yolu xəttinin yaxınlığında baş verib.
 
İlkin məlumata görə,  hüquq mühafizə orqanı əməkdaşları iki silahlı şəxsin saxlanılması istiqamətində əməliyyat keçiriblər. Silahlı şəxslər müqavimət göstəriblər, güc strukturlarının əməkdaşları hər iki silahlını zərərsizləşdirib.
 
Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb.
 
APA-nın hadisə yerində olan əməkdaşının əldə etdiyi məlumata görə, yaxınlıqda yaşayan sakinlər arasında zərərçəkən yoxdur. Zərərsizləşdirilmiş şəxslərin şəxsiyyəti müəyyənləşdirilir. 
 
***
 
Xırdalanda atışma olduğu xəbərini vermişdik.
 
RePost.Az Yenicag.az-a istinadən atışmanın qaçan məhbuslarla bağlı olduğu bildirilirdi.
 
Lakin, əldə etdiyimiz son dəqiqə məlumatına görə, atışma hüquq mühafizə orqanların birgə keçirdiyi əməliyyat qatı terrorçulara qarşı imiş. Tərəflər arasında atışma Xırdalan şəhəri, Quşçuluq massivində atışma baş verib.
 
Terrorçuların zərərsizləşdirildiyi bildirilir.
 
RePost.Az

Baxış sayı: 2611 | Tarix: 26.10.2017
Bizi Telegramda izləyin: @repostaz