Sevdiyi qızın anasını öldürməkdə təqsirləndirilən Samir Hacıəliyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.
 
RePost.Az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
 
Prokuror çıxışında S.Hacıəliyevin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Məhkəmə noyabrın 2-nə təyin edilib.
 
Qeyd edək ki, S.Hacıəliyev 27 mart 2017-ci ildə Xaçmaz rayonunun Şimali kəndində 47 yaşlı Gülnaz Sultanovanı baltalayaraq öldürüb.
 
Araşdırma zamanı məlum olub ki, S.Hacıəliyevin G.Sultanovanın qızı ilə sevgi münasibətləri olub. O, daha sonra 2014-cü ildən G.Sultanovanın evinə gedib-gəlməyə başlayıb.  Bu müddətdə onun G.Sultanova ilə münasibətləri yaranıb. O, sevdiyi qızın anası ilə cinsi əlaqədə olmağa başlayıb.
 
Hadisə baş verən günü S.Hacıəliyevlə G.Sultanovanın arasında mübahisə yaranıb. Mübahisə zamanı qadın onu söyərək təhqir edib. Onların mübahisəsi sonda qanlı cinayət hadisəsi ilə nəticələnib.
 
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində S.Hacıəliyev həbs edilib.
 
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
 
Məhkəmənin baxış iclasında Samir bildirib ki, sevdiyi Reyhanın anası ilə məcburən münasibətə girib. Həmçinin  qeyd edib ki, Gülnarə Sultanova ilə dəfələrlə cinsi münasibətdə olub.
 
RePost.Az

Baxış sayı: 3143 | Tarix: 26.10.2017
Bizi Telegramda izləyin: @repostaz