Bir neçə gün əvvəl qaçan məhbuslardan biri Şirvan şəhərində tutulub.
 
RePost.Az-ın məlumatına görə, bu barədə Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilib.
 
Qeyd olunur ki, bu gün Penitensiar Xidmət tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23.10.2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış Azərbaycan Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib.
 
Digər təqsirləndirilən şəxs Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.
 
RePost.Az

Baxış sayı: 2136 | Tarix: 26.10.2017
Bizi Telegramda izləyin: @repostaz