Goranboyda avtobus körpüdən aşıb.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Nadirkəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Pambıq sahəsindən işçiləri daşıyan avtobus körpüdən çaya aşıb.
 
20-dən çox fəhlə yaralanıb.
 
Xəsarət alanlardan 4-ü Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
 
Faktla bağlı araşdırma aparılır. 
 
RePost.Az

Baxış sayı: 4435 | Tarix: 27.10.2017
Bizi Telegramda izləyin: @repostaz