Prezident İlham Əliyev Rauf Abdullayevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
 
RePost.Az-ın məlumatına görə, R. Abdullayev Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki böyük xidmətlərinə görə təltif edilib.
 
Qeyd edək ki, R. Abdullayev Azərbaycan Dövlət Filarmoniyası simfonik orkestrinin dirijoru, professor, Azərbaycanın xalq artisti, "Dövlət mükafatı" və "Şöhrət" ordeni laureatıdır.
 
RePost.Az

Baxış sayı: 4093 | Tarix: 28.10.2017
Bizi Telegramda izləyin: @repostaz