Bakı şəhəri, Qaraçuxur qəsəbəsindəki 214 saylı orta məktəbdə şagirdlər arasında kütləvi dava olub.

RePost.Az  ölkə.az-a istinadən xəbər verir ki, 7-ci sinif şagirdləri arasında baş verən davada iki şagird – Neyman Mehman oğlu Fərzəliyev və Ələkbər Məhəmmədov xəsarət alıblar. N.Fərzəliyevi sinif yoldaşlarının köməyi nəticəsində ayıltmaq mümkün olsa da, Ə.Məhəmmədov üçün təcili tibbi yardım çağırılıb. Ancaq təcili tibbi yardımın müdaxiləsi Ə.Məhəmmədovun özünə gəlməsinə kifayət etmədiyindən, o, xəstəxanaya çatdırılıb. Hadisə baş verən zaman məktəbin direktoru Esmira Ağayeva isə iş yerində olmayıb.

Əməkdaşımız məsələylə bağlı Esmira Ağayeva ilə əlaqə saxlayıb. Maraqlıdır ki, direktor telefonla açıqlama verə bilməyəcəyini söyləyib və telefonu qapadıb.


Baxış sayı: 2307 | Tarix: 03.11.2017
Bizi Telegramda izləyin: @repostaz