Sumqayıt şəhərində ümumi sahəsi 60 m² olan vaqon tipli yaşayış evinin taxta üzlüyü və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən RePoat.Az-a verilən məlumata görə, yanğın zamanı ev sahibi və qızı müxtəlif xəsarətlər alıb, xəstəxanaya aparılıblar. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Baxış sayı: 2288 | Tarix: 09.11.2017
Bizi Telegramda izləyin: @repostaz