Bakıda biznes mərkəzində yanğın başlayıb.

RePost.Az xəbər verir ki, paytaxtın Nərimanov rayonu ərazisində yerləşən "AFEN Plaza"-nın 6-cı mərtəbəsində başlayan yanğın bütün mərtəbələri bürüyüb.

Hazırda hadisə yerinə Fövəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər aparılır.


Baxış sayı: 2668 | Tarix: 10.11.2017
Bizi Telegramda izləyin: @repostaz