Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən şəxs Rusiyada tutulub.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, Xətai rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə barəsində axtarış elan olunmuş Gülnarə Nadir qızı Cabbarova Rusiyada saxlanılıb.
 
Hazırda onun Azərbaycana ekstradisiyası istiqamətində tədbirlər görülür.
 
RePost.Az

Baxış sayı: 2421 | Tarix: 10.11.2017
Bizi Telegramda izləyin: @repostaz