İki nəfərin qətli ilə bağlı beynəlxalq axtarışa verilən iş adamı Telman İsmayılovla bağlı maraqlı faktlar ortaya çıxıb. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, rus hüquq-mühafizə orqanlarından qaçaraq Türkiyəyə sığınan biznesmen bu dəfə də “qanuni oğru” Rövşən Lənkəranskinin qətl işi bağlı əsas fiqura çevrilib.
 
“Prestupnoy Rossii”nin yazdığı məlumata görə, 2016-cı ildə qətlə yetirilən Canıyevin cinayət işi hələ də açılmamış qalır. Baxmayaraq ki, 2017-ci ilin yanvarında Rəşad Gəncinski kriminal dairələrdə Lənkəranskinin onun sifarişi ilə öldürüldüyünü elan etmişdi. Qeyd edək ki, Rəşad Gəncinski isə öz növbəsində  “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) klanına daxildir.
 
Türkiyə hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, Telman İsmayılov qardaşı vasitəsilə Lotu Quliyə ötən il Rövşən Canıyevin harda olması ilə bağlı son informasiyanı ötürüb. Məhz bu informasiyanın sayəsində Canıyev İstanbulda güllələnib.
 
Mənbə onu da qeyd edir ki, Nadir Səlifovun qardaşı müflis olan iş adamı T.İsmayılovun villasının fəxri qonaqlarından olub.
 
Təsadüfi deyil ki, Türkiyənin də onlar üçün təhlükəsiz yer olmadığını anlayan İsmayılov qardaşları sığınacaq üçün Fransaya üz tutublar.
 
RePost.Az

Baxış sayı: 2516 | Tarix: 14.11.2017
Bizi Telegramda izləyin: @repostaz