CBC telekanalına yeni baş direktor təyin edilib.
 
RePost.Az xəbər verir ki, bu vəzifəyə Vüqar Xəlilov təyin olunub.
 
ATV telekanalının prezidenti, CBC TV-nin keçmiş baş direktoru Azər Xəlilov faktı APA-ya təsdiqləyib.
 
Onun sözlərinə görə, bu gün CBC telekanalının təsisçisi, "SOCAR Media" İctimai Birliyinin sədri Xalik Məmmədov V. Xəlilovu kollektivə təqdim edib. 
 
Qeyd edək ki, təcrübəli jurnalist Vüqar Xəlilov Azər Xəlilovun qardaşıdır.
 
RePost.Az 

Baxış sayı: 2877 | Tarix: 14.11.2017
Bizi Telegramda izləyin: @repostaz