Gəncə şəhərində döyülmə faktı qeydə alınıb. 
 
RePost.Az xəbər verir ki, hadisə Gəncə "ASAN xidmət” mərkəzində baş verib. Şəhər sakini, 1994-cü il təvəllüdlü Məmmədova Nuran boşandığı əri ilə "ASAN xidmət”ə gedib, orada aralarında mübahisə baş verib. Keçmiş ər N.Məmmədovaya müxtəlif bədən xəsarətləri yetirib. 
 
Qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (Apa)

Baxış sayı: 2155 | Tarix: 18.11.2017
Bizi Telegramda izləyin: @repostaz