Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən RePost.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə çiskin, axşam isə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Abşeronda gecə 3-5° isti, gündüz 9-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək.

Nisbi rütubət 75-85 % olacaq.

Noyabrın 29-dan dekabrın 01-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Rayonlarda əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 9-14° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 6-10° isti olacağı gözlənilir.


Baxış sayı: 2459 | Tarix: 28.11.2017
Bizi Telegramda izləyin: @repostaz