Azərin 8-də bitkoinin məzənnəsi növbəti tarixi maksimuma çatıb. Bu haqda "Bitfinex" elektron birjasının nəticələrində bildirilir.

RePost.Az-ın məlumatına görə, kriptovalyutanın dəyəri, hərraclar zamanı 10 min 900 dollara qədər qalxıb. Beləliklə bitkoinin bazar dəyəri, 170 milyard dollara yüksəlib.

Kriptovalyuta "Mc Donald’s", "Goldman Sachs" və "Disney" kimi şirkətlərin bazar dəyərini geridə buraxıb. Qeyd edək ki, bitkoin ən aşağı həddə - 5,857 min dollara abanın 21-də çatıb.

RePost.Az


Baxış sayı: 3200 | Tarix: 29.11.2017
Bizi Telegramda izləyin: @repostaz