Ağdam rayonunda yas mərasimlərində israfçılıq hallarının qarşısının alınması üçün yeni standartlar tətbiq edilib.
 
RePost.Az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən yas mərasimlərinə dair müşavirə keçirilib.
 
Toplantı rayon icra başçısı və idarə, müəssisə rəhbərlərinin iştirakı ilə Ağdam rayon Mədəniyyət evində baş tutub.
 
Müşavirədə yas mərasimlərinin üç gün keçirilməsi və yalnız çay süfrəsinin açılması məqsədəuyğun hesab edilib, digər qida məhsullarının verilməsinə isə qadağa qoyulub.
 
RePost.Az

Baxış sayı: 2440 | Tarix: 30.11.2017
Bizi Telegramda izləyin: @repostaz