Türkiyənin “FOX” kanalında yayımlanan “Savaşçı” serialının çəkiliş heyəti tarixində ilk dəfə Çempionlar Liqasında iştirak edən “Qarabağ” komandasına dəstək nümayiş etdiriblər.

Serialın aktyor heyəti “Atletiko Madrid”lə oynadığı matçda azarkeşlərin hazırladığı və Türkiyədə gündəm olan kiçik xoreoqrafiyanın bənzərini serialın çəkiliş meydançasında düzəldiblər.

Bundan başqa serialın bazar günü efirə gedəcək bölümündə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi və illərdir davam edən müharibə şəraitindən bəhs edilib.


Baxış sayı: 2725 | Tarix: 02.12.2017
Bizi Telegramda izləyin: @repostaz