Prezident İlham Əliyev Fazil Məmmədovun Azərbaycan Respublikasının vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam verib. RePost.Az-ın məlumatına görə, sərəncamda qeyd edilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Fazil Əsəd oğlu Məmmədov Azərbaycan Respublikasının vergilər naziri vəzifəsindən azad edilsin".
Digər bir sərəncamla Mikayıl Cabbarov Azərbaycan Respublikasının vergilər naziri təyin edilib.
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının vergilər naziri təyin edilsin".
RePost.Az