Bu gün vergilər naziri təyin olunan Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olub.
 
RePost.Az xəbər verir ki, Mikayıl Cabbarov 1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 
 
1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.
 
Nyu-York şəhərinin vəkillər kollegiyasının üzvüdür.
 
İlk əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb, 1999-2002-ci illərdə isə özəl sektorda hüquqşünas kimi işləyib. 
 
2002-2003-cü illərdə İqtisadi İnkişaf nazirliyində məsləhətçi, 2003-2004-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifələrində çalışıb.
 
2004-cü ilin fevralın 20-də Azərbaycan iqtisadi inkişaf nazirinin müavini təyin olunub. 
 
2009-cu ilin martından 2013-cü ilin aprelinədək "İçəri Şəhər" Qoruğunun direktoru kimi fəaliyyət göstərib.
 
2013-cü il aprelin 19-da isə təhsil naziri vəzifəsinə təyin olunub.
 
Ailəlidir, iki övladı var.
 
RePost.Az

Baxış sayı: 2592 | Tarix: 05.12.2017
Bizi Telegramda izləyin: @repostaz