Fövqəladə Hallar Nazirliyi (FHN) Qaradağ rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
 
FHN-dən RePost.Az-a bildiriblər ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, paytaxtın Qaradağ rayonunda “Mercedes“ markalı yük avtomobili ilə eyni markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.
 
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat nəticəsində minik avtomobilinin sürücüsü Hüseynov Sakit Nuru oğlu və sərnişinlər Hüseynova Telnaz Şiraslan qızı, Hüseynova Samirə Sakit qızı və Hüseynova Selcan Vüqar qızının cəsədləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Qeyd edək ki, Xocəsən-Lokbatan yolunda baş verən qəza nəticəsində, 2-si azyaşlı qız olmaqla, 5 nəfər ölüb. Məlumata görə, qohumlar Ağcabədidən yas mərasimindən qayıdırmışlar.  
 
RePost.Az

Baxış sayı: 2193 | Tarix: 05.12.2017
Bizi Telegramda izləyin: @repostaz