Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərkibində genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) aşkar edildiyi külli miqdarda qida əlavəsinin dövriyyəyə buraxılmasının qarşısını alıblar.    
 
Gömrük İdarəsindən RePost.Az-a verilən məlumata görə, bu fakt idarə əməkdaşlarının “Lesitin Soyevıy” adlı qida əlavəsi yükünə gömrük nəzarəti zamanı qeydə alınıb. Həmin yük Rusiya Federasiyasından 90 RO 897/10 ZE 332 nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Rusarom” MMC-nin ünvanına daxil olub.    
 
Mərkəzi Gömrük Ekspertizası İdarəsinin arayışına əsasən, 5425 kq olan Braziliya mənşəli qida əlavəsinin tərkibində GMO elementləri aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 2155 | Tarix: 06.12.2017
Bizi Telegramda izləyin: @repostaz