Bakıda və Abşeron yarımadasında dekabrın 8-də gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

 

Mülayim şimal-qərb küləyi  gündüz arabir güclənəcək.

 

ETSN-dən RePost.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə  2-4° isti, gündüz  6-9° isti, Bakıda gecə  2-4° isti, gündüz  7-9° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi  758  mm civə sütunundan 766 mm civə sütununa yüksələcək.

 

Nisbi  rütubət  80-90 % olacaq. 

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz  6-10° isti, dağlarda gecə 4-9° şaxta, gündüz  2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.


Baxış sayı: 2592 | Tarix: 07.12.2017
Bizi Telegramda izləyin: @repostaz