Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış müğənni, əməkdar artist Röya Ayxanın dələduzluqda təqsirləndirilən keçmiş biznes ortağı Səbinə Hüseynovanın məhkəmə iclası başa çatıb. 
 
"Report"un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 
 
Məhkəmənin hökmü ilə S.Hüseynova 5 il müddətinə azadlıqdan məhrum edilib. Ona şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb. 
 
Qeyd edək ki, ittiham aktına əsasən, S.Hüseynova vətəndaş İlqar Babayevin 86 min dollar, başqa bir şəxsin isə külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib. 
 
Bakı Ağır Cinayətlər Məhkəməsində onun cinayət işi üzrə məhkəmə iclası zamanı dövlət ittihamçısı çıxış edib və S.Hüsynovanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra S.Hüseynova növbəti proseslərə gəlməyib və dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi onun həbs edilməsini və barəsində polis tərəfindən axtarış qərarı çıxarıb. 
 
R.Ayxanla birgə işləmiş tanınmış dizayner S.Hüseynova Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və o, Bakı İstintaq Təcridxanasına köçürülüb. 
 
S.Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. 
 
Qeyd edək ki, əməkdar artist R.Ayxan bir neçə il bundan əvvəl S.Hüseynova ilə birgə moda evi açıb, biznes fəaliyyəti ilə məşğul olub. Ötən ay isə S.Hüseynovanın adı dələduzluq əməlində keçdiyi üçün R.Ayxan onunla iş birliyinə son qoyduğunu açıqlayıb. 
 
Xatırladaq ki, Səbinə Hüseynova 1990-cı illərin sonlarında bir neçə porno filmə də çəkilib. Həmin filmlər 2000-ci illərin ortalarında Azərbaycanda da yayılmışdı. 
 
RePost.Az

Baxış sayı: 2402 | Tarix: 15.12.2017
Bizi Telegramda izləyin: @repostaz