CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 14-də 65,66 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,49 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
 
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 14-də 64,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,43 dollar/barel çoxdur.
 
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 14-də 61,68 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,5 dollar/barel çoxdur.
 
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 14-də 63,65 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,37 dollar/barel çoxdur.
 
RePost.Az

Baxış sayı: 2782 | Tarix: 15.12.2017
Bizi Telegramda izləyin: @repostaz