Prezident İlham Əliyev Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan bir qrup şəxsin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
 
RePost.Az xəbər verir ki, sərəncamla Azərbaycanda idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:
 
Gözəl Tahir Abdolbari oğlu
 
Qayıbov Fərid Fazil oğlu
 
Məmmədov Elxan Salhab oğlu.
 
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
 
“Əməkdar bədən tərbiyəsi və idman xadimi”
 
Axundzadə Ağayar Əbdüləzim oğlu
 
Babayev Nağı Məcidoviç
 
Davudov Vaqif Cəlil oğlu
 
Əhmədov Kamal Məhəmməd oğlu
 
Əliyev Qərib Tələt oğlu
 
Hüseynov Firat Alışan oğlu
 
Meftahəddinova Zemfira Əli qızı
 
“Əməkdar jurnalist”
 
Şirəliyev Aslan Bəybala oğlu
 
“Əməkdar həkim”
 
İsgəndərov Kamil Vəliyullah oğlu.
 
Bundan başqa, Prezident Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Əhəd Əliağa oğlu Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi barədə də sərəncam imzalayıb.
 
RePost.Az

Baxış sayı: 2231 | Tarix: 18.12.2017
Bizi Telegramda izləyin: @repostaz