Bu gecə Ağcabədi rayonu, Hacılar kəndində ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı uşaq bağçası kimi fəaliyyət göstərən tikilinin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən RePost.Az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən saat 02:48-də söndürülüb.


Baxış sayı: 2250 | Tarix: 19.12.2017
Bizi Telegramda izləyin: @repostaz