2018-ci il yanvarın 22-dən Azərbaycana idxal olunan tütün və spirtli içkilərə tətbiq olunan aksiz dərəcəsi artırılacaq.
 
RePost.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, müvafiq qərar Nazirlər Kabinetinin saytında dərc olunub.
 
Qərar əsasən, tərkibində tütün olan siqarlar 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılıb.
 
Bundan başqa, gələn ildən səməni pivəsinin idxalı bir litr üçün 1,7 manat, üzüm şərabları - bir litr üçün 3,5 manat, şampan şərabları - bir litr üçün 5 manat, viski, araq, likör, romn idxalı bir litr üçün 10 manatadək artırılacaq.
 
RePost.Az

Baxış sayı: 2383 | Tarix: 25.12.2017
Bizi Telegramda izləyin: @repostaz