İstintaqa ifadə verən Sevindik Məmmədov törətdiyi əməli etiraf edib. O bildirib ki, cinayəti qisqanclıq zəminində törədib.
 
Dekbarın 26-da, axşam saatlarında işdən evə gələn Sevindik Məmmədov arvadının gözünə dəymədiyini görüb. O, sakitcə yataq otağına keçib və arvadının asta səslə telefonda kiminləsə danışdığını eşdib. Arvadının danışığına qulaq asan Sevindik Məmmədov onun başqa bir kişi ilə münasibət saxladığını öyrənib.
 
Bu zaman Sevindik Məmmədov mətbəxə keçib, oradan bıçaq götürərək yenidən yataq otağına gəlib. Yataq otağına daxil olan zaman Anjela telefonu söndürüb.
 
Sevindik Məmmədov arvadından kiminlə danışdığını soruşub və bu zaman Anjela ərinə kobud cavab verib.
 
Bərdə rayonunda Anjela Məmmədovanı yataq otağında bıçaqlayan Sevindik Məmmədovun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. (teleqraf.com)
 
RePost.Az

Baxış sayı: 2326 | Tarix: 27.12.2017
Bizi Telegramda izləyin: @repostaz