Bakı Nəqliyyat Agentliyi (BNA) bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verib.

Bu barədə RePost.Az-a BNA-dan məlumat verilib.

Məlumata görə, BNA-nın göstərişinə əsasən, bayram tədbirləri ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobuslar 31 dekabr-2 yanvar tarixlərində saat 01:00-ə qədər xidmət göstərəcək.


Baxış sayı: 2725 | Tarix: 29.12.2017
Bizi Telegramda izləyin: @repostaz