Bakıda bankdan əmanətçilərin külli miqdarda pulunun oğurlanmasına cəhd olunub.
 
RePost.Az-ın məlumatına görə, bu barədə BAKU.WS-ə oğurluğa cəhd olunan “Bank of Baku”dan bildirilib.
 
Məlumata görə, Bank nümayəndələrindən biri 425 min dolları (722 542 AZN) mənimsəyərək ölkədən qaçmağa çalışıb.
 
Lakin uğursuz oğurluq cəhdinin qarşısı operativ şəkildə alınıb.
 
“Bütün pullar hazırda bankdadır. Faktla bağlı cinayət işi açılıb. Həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. İstintaq sirri olduğuna görə, oğurluğa cəhd edən şəxsin adını açıqlaya bilmərik”, - deyə “Bank of Baku”dan bildirildi.
 
Bankdan narahatlıq üçün heç bir səbəbin olmadığı qeyd olundu.
 
RePost.Az

Baxış sayı: 2098 | Tarix: 29.12.2017
Bizi Telegramda izləyin: @repostaz