İki nazirlik, Milli Məclis və Mərkəzi Seçki Komissiyası balansında olan avtomobilləri özəlləşdirməyə təqdim edib.
 
RePost.Az xəbər verir ki, 30 yanvar tarixində keçiriləcək hərraca ümumilikdə 14 avtomobil təqdim edilib. Avtomobillərdən 7-sini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, 4-nü Maliyyə Nazirliyi, 2-sini Milli Məclis, 1-ni isə Mərkəzi Seçki Komissiyası təqdim edib.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hərraca çıxardığı avtomobillər ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsinə məxsusdur. Hərracda ləğv edilmiş müəssisənin əsasən "Kamaz” və MAZ yük maşınları satılacaq.
 
Hərracda ən yüksək qiymətə avtomobil Milli Məclisin İşlər İdarəsinə məxsusdur. Məclisin təqdim etdiyi "Nissan Maxima” avtomobili üçün ilkin start qiyməti 5000 manat müəyyən edilib.
 
Ən aşağı qiymətə isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsinin təqdim etdiyi "Moskviç İJ-2715” markalı avtomobildir. 1987-ci il buraxılışı olan avtomobil 250 maata satılır.
 
RePost.Az

Baxış sayı: 2421 | Tarix: 04.01.2018
Bizi Telegramda izləyin: @repostaz