Dənizdən çıxarılan meyit intihar etdiyi deyilən Məlik Cahangirovun deyil.
 
RePost.Az xəbər verir ki, bu barədə Teleqraf.com-a açıqlamasında Məlikin bibisi oğlu Xəyal Kərimov deyib.
 
Onun sözlərinə görə, axtarışlar hələ də davam edir:
 
"Dünən gecədən axtarırlar. Məlikin ailə üzvləri, qohumları da burdadırlar. Hələ də ümidimiz var ki, intihar etməyib, sağdır, özünü dənizə atsa da, başqa yerdən sağ-salamat çıxıb, harasa gedib. Gözləyirik”.
 
Qeyd edək ki, Məlik Cahan kimi tanınan gənc şair Məlik Cahangirovun intihar etdiyi deyilir. 
 
Xalası oğlu həmçinin deyib ki, Məlik Cahangirov təhsil haqqını vaxtında ödəmədiyi üçün oxuduğu universitetdən qovulmaq təhlükəsi ilə üzləşibmiş.
 
Onun sözlərinə görə, Məlik valideynlərinin təhsil haqqı üçün ona verdiyi 600 manatı xərcləyib: “Bu səbəbdən təhsil haqqını ödəyə bilməyib. İlkin versiya kimi intihara bu səbəb ola bilər. Pulun nəyə xərcləndiyi bəlli deyil”.
 
Məlik Cahangirov Azərbaycan Dövlət Pedaqoji Universiteti coğrafiya fakültəsinin 4-cü kursunda təhsil alırdı. O, ötən gün axşam saatlarında bulvarda özünü dənizə atıb.
 
RePost.Az

Baxış sayı: 2212 | Tarix: 09.01.2018
Bizi Telegramda izləyin: @repostaz