Ermənistan KİV-i ölkə başçısı Serj Sarkisyanın xəstəxanaya yerləşdirildiyini yazır. 
 
Yeni il bayramlarına sağlamlıq vəziyyətiylə əlaqədar qatıla bilməyən Serj Sarkisyanın xəstəxanada müalicə olunduğu bildirilir. 
 
Prezidentin mətbuat katibi Vladimir Akopyan isə bildirib ki, prezident xəstəxanaya yerləşdirilməyib: 
 
"Bu informasiya həqiqətə uyğun deyil. Prezidentin yüngül soyuqdəyməsi var idi. Həmin dövrdə o, evdə idi".
 
Bu gün "Jamanak" qəzeti isə yazıb ki, dövlət başçısı xəstəxanaya yerləşdirildiyi üçün Milad bayramında kilsə tədbirlərinə baş çəkə bilməyib. 
 
RePost.Az

Baxış sayı: 2877 | Tarix: 09.01.2018
Bizi Telegramda izləyin: @repostaz