İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 3 nəfər edam edilib.

RePost.Az-ın Günaz Tv-yə istinadən verdiyi məlumata əsasən, dörd il əvvəl törətdiyi qətlə görə qisasa məhkum edilmiş müttəhim, yanvarın 4-də Kərəc şəhərinin Rəcayişəhr zindanında dara çəkilib. Eyni ittihamla daha 2 məhbus, yanvarın 8-də Mazandaran əyalətinin mərkəzi olan Sari şəhərinin həbsxanasında dar ağacından asılıb.

RePost.Az


Baxış sayı: 2839 | Tarix: 10.01.2018
Bizi Telegramda izləyin: @repostaz