Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan prezidenti İlham Əliyevə telefon açıb.
 
RePost.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
 
Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı və tərəqqisi naminə ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
 
Azərbaycan prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
 
Prezidentlər ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyini əminliklə qeyd ediblər.
 
RePost.Az
Baxış sayı: 28