Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən RePost.Az-a verilən məlumata görə, yanvarın 14-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir, gecə və axşam bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-2, gündüz 3-5, Bakıda gecə 0-2, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 771 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
 
RePost.Az
 

Baxış sayı: 325