Ağdaş rayonunda 35 yaşlı kişi özünün yandırıb. Rayon sakinlərinin bizimyol.info saytına verdiyi məlumata görə, intihara cəhd hadisəsi günorta saatlarında Heydər Əliyev prospektində yerləşən bazarın qarşısında baş verib.
 
Rayonun Xosrov kənd sakini, taksi fəaliyyəti ilə mə.şğul olan 1983-cü il təvəllüdlü Söhbətov Həsənağa Böyükağa oğlu üzərinə benzin tökərək özünü yandırıb. Baş və üz nahiyəsi, həmçinin əlləri yanan H.Söhbətov yaxınlıqdakı insanların köməkliyi söndürülüb və Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.
 
Sakinlərin Bizimyol.info saytına bildirdiyinə görə, taksi fəaliyyəti ilə məşğul olan H.Söhbətov Dövlət Yol Polisinin onu incitməsinə görə belə bir addım atıb. Yol polisi əməkdaşının cərimə yazmasına etirazı nəticəsində, YPX əməkdaşı ilə aralarında münahisə yaranıb. Polis əməkdaşlarının onu şöbəyə aparmaq qitəməsinə etiraz olaraq öz üzərinə benzin tökərək özünü yandırıb.
 
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin möbqeyini öyrənməyə çalışırıq.
 
RePost.Az

Baxış sayı: 2269 | Tarix: 15.01.2018
Bizi Telegramda izləyin: @repostaz