"Bu şəhərdə"nin tanınmış aktyoru, əməkdar artist Rafael İsgəndərovun xəstəxanada görüntüləri yayılıb.
 
RePost.Az-ın məlumatına görə, sosial şəbəkədə yayılmış videoda aktyorun əməliyyat olunduğu, amma narkozdan çətin ayıldığı görünür.
 
Əməkdar artist bildirib ki, onun üzərində endoskopik əməliyyat həyata keçirilib. 
 
“Hazırda ayaq üstəyəm, maşallah, yaxşıyam. Qida borumda yüngül əməliyyat keçirildi”, - Rafael İsgəndərov bildirdi. 
 
O izləyicilərinə də səslənərək narahat olmamalarını bildirib: “Allah onların sevgisini bizə çox görməsin”. 
 
RePost.Az


Baxış sayı: 3314 | Tarix: 16.01.2018
Bizi Telegramda izləyin: @repostaz