2004- 2010-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil almış ümumi və plastik estetik cərrahı Mübariz Məmmədlinin əməliyyat masasından görüntüləri yayılıb.
 
RePost.Az-ın məlumatına görə, özünü əməliyyat edən cərrah lentə aldığı görüntüləri instaqram səhifəsində paylaşıb.
 
M.Məmmədli videoda liposaksiya (Piy sovurma əməliyyatı) etdiyini bildirib:
 
"Bu gün biz özümüz-özümüzə liposaksiya əməliyyatı edirik".
 
Həkim paylaşımında "Əməliyyatımız bitdi, nigaran qalmayın. Uzun müddət kompleks yaşadığım ginekomastiyadan azad oldum, Svetlana doktora təşəkkür. Əməliyyatın bir hissəsin özüm etdim” şərhini yazıb.
 
Paylaşım 160 minə yaxın insan izləyib və 800-ə yaxın şərh yazılıb.
 
RePost.Az


Baxış sayı: 2440 | Tarix: 22.01.2018
Bizi Telegramda izləyin: @repostaz