"Coco Baku” geyim mağazası ilə bağlı redaksiyamıza şikayət daxil olub.
 
RePost.Az Axsam.az-a istinadən xəbər verir ki, Günel Cahangirli adlı xanım mağazadan 189 manata libas aldığını, amma sonra eynisini daha ucuz qiymətə başqa mağazalarda gördüyünü iddia edir.
 
"Libası özəl adı ilə satıblar. 189 manat pul verdim, bir dəfə toya geyindim. Aradan iki gün keçəndən sonra geyimlər satılan online səhifələrdə və şəhərimizdəki keçidlərdə olan mağazalarda paltarın eynisini 49 manata gördüm. Zəng vurub mağazaya bu haqda şikayət edəndə, qayıtdılar ki, ola bilməz, bizdə "A klass”dı. Amma materialına da baxmışam, heç bir fərq yoxdur. İnsanı bu qədər aldatmaq olmaz” deyə, xanım şikayətində bildirib.
 
RePost.Az

Baxış sayı: 2573 | Tarix: 01.02.2018
Bizi Telegramda izləyin: @repostaz