Spirtli içki sözün əsl mənasında ana və oğulun arasına girib. Ana spirtli içki aludəçisi olan oğlunu bir neçə aydır ki, evinə buraxmır. 
 
RePost.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Azər Qurbanov öz evinin düz qapısının ağzında, soyuq betonlar üzərində yatır. Elə yeməyini də burada yeyir. Ürək ağrıdan bu hekayəni ekranlara gətiririk.
 
Dəmir qabda yemək, yanında isə su və çörək qoyulub. Ana tüfeyli həyat yaşayan oğlunu bu formada cəzalandırıb.
 
Bura Paytaxtın Nizami rayonu, Məzahir rüstəmov küçəsi bina 12, mənzil 16 -nın düz qarşısıdır. Elə ilk baxışdaca kiminsə qapının ağzında saxlanıldığını və evə buraxılmadığını görmək mümkündür.
 
Burada yatan şəxsin kim olduğunu öyrənmək üçün saatlarla gözləməli olduq. Sonra isə soyuq betonların üzərində yatan həmin şəxs gəldi, özü də sərxoş halda.
 
Əvvəlcə suallarımızı cavablandırmaq istəmirdi. Özünü Azər Qurbanov kimi təqdim edən 42 yaşlı bu şəxs əslən tərtər rayonunandır. Dediyinə görə, bu mənzildə onun anası və bacısı yaşayır.
 
Məlum oldu ki, Azər Qurbanov spirtli içki aludəçisidir. anası ilə olan münasibətləri isə elə buna görə pozulub. oğlunun bu hərəkətini görən ananın qəlbi sözün əsl mənasında daşa dönüb. Azər deyir ki, həmin mənzil 3 otaqlıdır. Bu 3 otaqlı evdə isə cəmi 2 nəfər yaşayır. Ana və qızı Azərə "içki içirsən evə gəlmə" deyiblər.
 
Daha sonra onun anası və bacısının yaşadığı evin qapısını döydük.Qapını üzümüzə açan ana suallarımızı cavablandırmadı
 
Ana qapını bağlayaraq öz isti mənzilinə qayıtdı..Sərxoş oğul isə daha bir gecəni soyuq beton üzərində keçirəcək..Həmdə doğma anasının 1 addımlığında.
 
RePost.Az
 


Baxış sayı: 2155 | Tarix: 01.02.2018
Bizi Telegramda izləyin: @repostaz