Bakının Nərimanov rayonunda yerləşən, "Odlar Yurdu" Universitetinin yaxınlığındakı çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
 
RePost.Az xəbər verir ki, BakuPost-un hadisə yerində olan əməkdaşının məlumatına görə 16 mərtəbəli binanın 14-ci mərtəbəsi yanır. 
Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub.
 
Hadisə yerinə Təcili Tibbi Yardım maşınları çağırılıb. Yanğından xəsarət alanların olduğu bildirilir.
 
RePost.Az


Baxış sayı: 2155 | Tarix: 02.02.2018
Bizi Telegramda izləyin: @repostaz