5 –7 fevral 2018-ci il tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində “Səhiyyədə tədqiqatların etikası” adlı beynəlxalq seminar keçirilir.
 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşəbbüsü ilə Akademiyanın nəzdində yeni yaradılmış Bioetik komitə üzvləri, habelə ölkədə insan subyektlərinin cəlb olunması ilə etik tədqiqat sahəsində  fəaliyyət göstərən tədqiqatçılar, həkim, doktorant və aspirantlar və digər sahələri əhatə edən yerli mütəxəssislərin  bilik və bacarıqların artırılması üçün üçün nəzərdə tutulub. 
 
Sözügedən təlim Qazaxıstanın Astana şəhərində yerləşən Avropa bölgəsi üzrə Səhiyyə Tədqiqatları üzrə  Regional Tədris Mərkəzinin (Regional Training Centre for Health Research for Euroregion)  rəhbəri, Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin Etik Mərkəzi Komissiyasının icraçı katibi Professor Baxıt Sarımsakova tərəfindən keçirilir. 
 
Mərkəz 2010-cu ildə Dünya Səhiyyə Təşkilatının (ÜST) Xüsusi Proqramının təşəbbüsü ilə yaradılmışdır.   Ümumilikdə, hazırda dünyada 6 Regional Tədris Mərkəzi fəaliyyət göstərir: Cənub-Şərqi Asiya bölgəsində (Cakarta, İndoneziya); Latin Amerikası bölgəsində (Cali, Kolumbiya); Sakit Okean bölgəsində (Manila, Filippin); Afrika ölkələri bölgəsində (Gana Respublikası, Akra), Yaxın Şərq bölgəsində Paster Universiteti (Tunis) və Avropa bölgəsində Astana Tibbi Universiteti (Qazaxıstan). 
 
Mərkəzlərin məqsədi bölgədə və səhiyyə sistemində mövcud olan səhiyyə problemlərini araşdırıb həll etmək məqsədilə tədqiqatçılara beynəlxalq araşdırma standartlarını öyrətmək, elmi tədqiqat etikası üzrə mütəxəssislərin hazırlanması,  tədqiqat aparan mütəxəssislər üçün təlim təlimatları, metodik tövsiyələrin hazırlanması və dərc edilməsidir. 
 
Mərkəz hazırki dövrə qədər Özbəkistan, Qırğızıstan, Tacikistan, Gürcüstan, Ukraynada Səhiyyədə elmi-tədqiqat layihələrinin effektiv planlaşdırılması və qiymətləndirilməsinin əsasları; Biotibbi tədqiqatların etikası; Yerli etik komitələr: işin funksiyaları, prinsipləri və prosedurları; Uyğun klinik təcrübə / uyğun klinik laboratoriya təcrübə proqramı (GCP / GCLP); Səhiyyə tədqiqatlarında uyöun təcrübələr (GHRP); Səhiyyə sahəsində tədqiqat nəticələrinin tətbiqinə dair elmi və praktik yanaşmalar; Təlimçilər üçün təlim və s. mövzularda təlimlər keçirib.
 

Baxış sayı: 3067 | Tarix: 06.02.2018
Bizi Telegramda izləyin: @repostaz