“Vergidənyayınmanın qarşısını almaq üçün yalnız inzibati yollardan istifadə edilməməlidir”.
 
RePost.Az-ın məlumatına görə, bu barədə vergilər naziri Mikayıl Cabbarov açıqlama verib.
 
O bildirib ki, vergi yoxlamalarının kəmiyyəti deyil, keyfiyyəti artırmalıdır.
 
"Vergi yoxlamalarının sayını azaltmalıyıq və azaldacağıq, biznes yoxlamaları azaldılacaq. Yoxlamalar və sanksiyaların tətbiqi məqsəd deyil. Lakin qanunu pozana qarşı sanksiyaların tətbiq olunması birmənalıdır. Qanun hamı üçün birdir. Kiçik və böyük şirkət olmasından asılı olmayaraq hər kəs vergi qanunlarına əməl etməlidir", - deyə M.Cabbarov bildirib.
 
Onun sözlərinə görə, dövlət yaratdığı imkanlar qarşısında vergi ödəyicilərindən şəffaflıq tələb edir: "İkili mühasibatlığın aparılması, gölgə iqtisadiyyatı, vergidən yayınma yolverilməzdir. Biz bilirik ki, bunu bir günə, bir həftəyə, bir aya etmək mümkünsüzdür. Həmin prosesdə Vergilər Nazirliyi sizə dəstək verə bilər".
 
RePost.Az

Baxış sayı: 2136 | Tarix: 13.02.2018
Bizi Telegramda izləyin: @repostaz