Xəzər rayonunda zorlama hadisəsi baş verib.
 
RePost.Az Oxu.Az-a istinadən xəbər verir ki, 42 yaşlı Buzovna qəsəbə sakini İ.Z. bu barədə polis bölməsinə şikayət edib.
 
Qadın ərizədə göstərib ki, fevralın 11-də, saat 11:30 radələrində öz fərdi evində 1969-cu il təvəllüdlü qohumu Z.Z. tərəfindən zorlanıb.
 
Zərərçəkənin sözlərinə görə, həmin şəxs onunla eyni ünvanda yaşayıb. Şübhəli şəxs hələlik saxlanılmayıb, materiallar araşdırılması üçün rayon prokurorluğuna göndərilib.
 
RePost.Az 
 

Baxış sayı: 5821