Sabah gün ərzində Xırdalan-Binəqədi şossesi ətrafı ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 
Bu barədə RePost.Az-a “Azərsu” ASC-dən məlumat verilib.
 
Qurum bildirir ki, Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətləri köçürülür.
 
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
 
RePost.Az

Baxış sayı: 2250 | Tarix: 21.02.2018
Bizi Telegramda izləyin: @repostaz