Bu gün saat 23:00-dan fevralın 23-ü saat 12:00-a kimi Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilələr yaranacaq. 
 
Bu barədə RePost.Az-a "Azərsu" ASC-nin Mətbuat xidmətindən bildirilib.
 
Məlumata görə, fasilə Yasamal rayonu ərazisində magistral kəmərdən yeni çəkilmiş xətlərə birləşmələrin verilməsi ilə əlaqədardır. 
 
RePost.Az

Baxış sayı: 2060 | Tarix: 22.02.2018
Bizi Telegramda izləyin: @repostaz