Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışlarına yeni alpinist qrupu qoşulacaq.
 
RePost.Az-ın məlumatına görə, bu barədə Trend-ə açıqlamasında "Gilavar" hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımlı deyib. Onun sözlərinə görə, yeni qrup yaxın günlərdə axtarışlara qoşulacaq:
 
"Axtarışlar davam edir. Hava şəraiti nisbətən normallaşdıb. Amma, hələ ki heç bir nəticə yoxdur".
 
RePost.Az

Baxış sayı: 3390 | Tarix: 27.02.2018
Bizi Telegramda izləyin: @repostaz