Türkiynin TV8 kanalının aparıcısı canlı efirdə biabırçı səhvə yol verib.
 
RePost.az xəbər verir ki, proqramına Hakan Altunu qonaq çağıran Yılmaz Morgül finalda mərhum sənətçi Yıldırım Gursəsin "Əlvida gəncliyim" mahnısını oxuyub. İfanı bitirəndən sonra Yıldırım Gursəsi hörmətlə anan Morgül ardından tamaşaçıları mat qoyan səhvə yol verib.
 
Yıldırım Gursəsin həyat yoldaşı Ayla Gursəsin ekran qarşısında olduğunu deyən aparıcı "Ayla xanıma sevgilərimi göndərirəm" deyib.
Qeyd edək ki, Ayla Gurses bir il əvvəl 69 yaşında vəfat edib.
 
RePost.az

 


Baxış sayı: 2364 | Tarix: 26.12.2016
Bizi Telegramda izləyin: @repostaz