İngiltərənin yarımpeşəkar futbol klubları - "Hemel Hmepsted Taun" və "İst Tarroka" arasında keçirilən matç zamanı kuryoz hadisə yaşanıb.
 
RePost.Az Trend-ə istinadən xəbər verir ki, Sançez Uott adlı futbolçuya sarı vərəqə göstərmək istəyən hakim, onun soyadı formanın üzərində olmadığı üçün futbolçudan bunu öyrənmək istəyib.
Uottun cavabını istehza kimi qarşılayan hakim ona qırmızı vərəqə göstərib. Belə ki, futbolçunun soyadı ingiliscə "What" (nə?) kimi səsləndiyi üçün hakim bunu şit zarafat kimi qəbul edib.
 
Futbolçunun növbəti oyunda iştirakı təsdiq olunub.
 
RePost.Az

Baxış sayı: 2860